ŞƏHİDLƏRİMİZ

HƏMİŞƏ QƏLBİMİZDƏ

“Onlar Vətənə can verdilər,
biz onlara minnətdarıq!”

🇦🇿 Şəhidlərimizin xatirəsinə
ŞƏHİDLƏRİMİZ Vətən müharibəsinin qəhrəmanları Əbədi xatirəmizdə Şəhidlər ölmür, Vətən bölünməz!
🇦🇿 ŞƏHİDLƏRİMİZ
Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinə
BÜTÜN ŞƏHİDLƏRİN SİYAHISI →
🇦🇿 ŞƏHİDLƏRİMİZ

Baş nazir Əli Əsədov Dünya Bankının nümayəndə heyəti ilə görüşüb

Written by

in

Mənbə: Nazirlər Kabineti

Mətbuat xidmətinin məlumatı Bütün xəbərlər Görüşlər Tədbirlər Səfərlər Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin bülletenləri Nazirlər Kabineti yanında Operativ Qərargah 10 Sentyabr 2026 – 12:44 Baş nazir Əli Əsədov Dünya Bankının nümayəndə heyəti ilə görüşüb Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 10-da Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli və səmərəli tərəfdaşlığın mövcud olduğu bildirilib, ötən dövr ərzində birgə həyata keçirilmiş layihələrin ölkəmizin sosial-iqtisadi inkişafının dəstəklənməsinə töhfə verdiyi qeyd edilib. Dayanıqlı şəhər inkişafı, yaşıl enerji, nəqliyyat infrastrukturu, kənd təsərrüfatı, su təchizatı və su ehtiyatlarının idarə olunması, eləcə də bir sıra digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb. Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında qarşılıqlı faydalı tərəfdaşlığın inkişaf perspektivləri və gələcək birgə layihələr müzakirə olunub. Görüşdə Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov iştirak edib.

Orijinal xəbər: https://nk.gov.az/az/xeberler/matbuat-xidmatinin-malumati/bas-nazir-eli-esedov-dunya-bankinin-numayende-heye-3553

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir