Mənbə: Nazirlər Kabineti
Mətbuat xidmətinin bülletenləri Bütün xəbərlər Görüşlər Tədbirlər Səfərlər Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin bülletenləri Nazirlər Kabineti yanında Operativ Qərargah 08 Sentyabr 2026 – 17:34 İşğaldan azad edilmiş ərazilərdə bir sıra fəaliyyət sahələri və mallar üzrə idxal güzəştləri genişləndirilib Nazirlər Kabinetinin 264 №-li Qərarına dair izah Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 avqust tarixli 269 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı”na dəyişiklik edilib. Dəyişikliklərə əsasən, işğaldan azad edilmiş ərazilərdə idxal güzəştlərinin tətbiq olunduğu iqtisadi fəaliyyət sahələrinin dairəsi genişləndirilib. Belə ki, kənd təsərrüfatı istehsalının bir sıra sahələri, şərabçılıq, habelə müəyyən tikinti materiallarının istehsalı güzəşt tətbiq edilən fəaliyyət sahələrinə əlavə edilib. Bununla əlaqədar olaraq, həmin fəaliyyət sahələri üzrə istifadə olunan bir sıra xammal, material, texnika, texnoloji avadanlıq və qurğuların idxalı da əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən malların siyahısına daxil edilib. Dəyişikliklərin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq və investisiya fəaliyyətinin stimullaşdırılması, kənd təsərrüfatı və istehsal sahələrinin inkişafının dəstəklənməsi, eləcə də həmin ərazilərə yeni texnologiyaların və müasir avadanlıqların cəlb edilməsinin təşviq edilməsidir.
Orijinal xəbər: https://nk.gov.az/az/xeberler/matbuat-xidmatinin-bulletenlari/isgaldan-azad-edilmis-erazilerde-bir-sira-fealiyye-3552

Bir cavab yazın