26 iyun 2021-ci ildə Silahlı Qüvvələr Günü münasibətilə şəhid övladları üçün “Mənim Atam Qəhrəmandır” layihəsinin tədbiri keçirilib. “Fire Land Production”ın təşkil etdiyi proqram Müdafiə Nazirliyinin, Azərbaycan Milli Güləş Federasiyasının və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının dəstəyi ilə baş tutub.
Uşaqlar çempionlarla məşq edib, Hərbi Dəniz Qüvvələrinin gəmisi ilə dəniz gəzintisinə çıxıblar. Proqramda musiqi və rəqs nömrələri təqdim olunub, şəhidlərin xatirəsi yad edilib. Şəhid övladları hərbi qulluqçularla birlikdə nahar edib, hərbi hissədə yaradılan şəraitlə tanış olublar.
Mənbə: APA TV
