Vətənim Media xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyəti ilə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Səbail rayon komitəsinin birgə təşkilatçılığı ilə “44” bədii filmi nümayiş olunub. APA-nın məlumatına görə, tədbirdə şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri ilə yanaşı, rayon rəhbərliyi və millət vəkili Nigar Arpadarai iştirak edib.
Nümayişdən əvvəl Vətən müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov çıxışında 44 günlük müharibədə qazanılan Qələbənin əhəmiyyətindən danışıb. Tədbirin rəsmi hissəsindən sonra iştirakçılar filmi izləyiblər.
Əsas mənbə: APA
