Vətənim Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Nazir Kəmaləddin Heydərovun və nazirlik əməkdaşlarının qatıldığı tədbirdə Vətən müharibəsi veteranları da iştirak ediblər. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Zəfər Gününə həsr edilmiş videoçarx nümayiş etdirilib.
Nazir çıxışında 2020-ci ildəki 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin və 2023-cü ildə keçirilən antiterror tədbirlərinin Azərbaycanın gücünü və xalqın birliyini nümayiş etdirdiyini bildirib. O, FHN əməkdaşlarının müharibə dövründə cəbhəyanı rayonlarda əhalinin və ərazilərin təhlükəsizliyi üçün tədbirlər gördüyünü də qeyd edib.
Tədbirdə Vətən müharibəsi iştirakçısı, FHN əməkdaşı Raul Qasımov döyüş xatirələrini bölüşüb. Ehtiyatda olan mayor, qazi Süleyman Heydərov isə tarixi Zəfərin əhəmiyyətindən, Azərbaycan əsgərinin döyüş ruhundan və xalqın həmrəyliyindən danışıb.
Əsas mənbə: APA










