Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman Naxçıvanın regional bağlantıların gücləndirilməsi üçün böyük potensiala malik olduğunu bildirib.
Səfir “X” sosial şəbəkəsindəki paylaşımında dəmir yolları, nəqliyyat infrastrukturu və Orta Dəhlizin Britaniya ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni imkanlar açdığını qeyd edib. O, bu imkanları reallaşdırmaq üçün birgə çalışmağı səbirsizliklə gözlədiyini yazıb.
Əsas mənbə: APA
