Vətənim Media xəbər verir ki, Zəfər Günü münasibətilə “Atəşgah” Sığorta Qrupunun rəhbər şəxsləri Zəfər abidəsini ziyarət ediblər.
Ziyarətdə “Atəşgah” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri Elçin Əhmədov və “Atəşgah Həyat” Sığorta Şirkətinin İdarə Heyətinin sədri Xumar İmamverdiyeva da iştirak edib. Şirkətlər adından abidənin önünə gül çələngi qoyulub, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda həlak olan şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Ziyarət zamanı Vətən müharibəsində qazanılan Zəfərin əhəmiyyəti vurğulanıb və şəhidlərin xatirəsinin daim ehtiramla anılacağı qeyd edilib.
Əsas mənbə: APA
