Vətənim Media xəbər verir ki, Azərbaycanın mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.
Təbrikdə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyəti, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri, eləcə də mədəni irsin və “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı ilə Vaqif Poeziya Günləri ənənələrinin bərpası vurğulanıb. Mədəniyyət nümayəndələri Prezidentə təşəkkür edib, ona cansağlığı və fəaliyyətində uğurlar arzulayıblar.
Əsas mənbə: APA
