“AzerGold” Zəfər Günü münasibətilə 500 ailəyə bayram sovqatı verib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
“AzerGold” Zəfər Günü münasibətilə 500 ailəyə bayram sovqatı verib

Vətənim Media xəbər verir ki, “AzerGold” QSC 8 Noyabr – Zəfər Günü münasibətilə 500 ailəyə ərzaq məhsullarından ibarət bayram sovqatı təqdim edib.

Şirkətin yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə keçirdiyi aksiyalar Daşkəsən və Göygöl rayonlarını, eləcə də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunu əhatə edib. Ziyarət olunanlar arasında şəhid ailələri, müharibə iştirakçıları və veteranlar, həmçinin sosial dəstəyə ehtiyacı olan aztəminatlı ailələr olub.

“AzerGold”un məlumatına görə, cari il ərzində bayramlar və əlamətdar günlər münasibətilə 1 390-dan çox ailəyə sosial dəstək göstərilib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗