Vətənim Media xəbər verir ki, Prezident İlham Əliyev Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinə köçən sakinlərlə görüşündə 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının bir yumruq kimi birləşdiyini bildirib.
Dövlət başçısı Zəfərin xalqın və gələcək nəsillərin qəlbində əbədi yaşayacağını deyib. Onun sözlərinə görə, Azərbaycan ədaləti və ləyaqətini bərpa edib, haqqını döyüş meydanında qan tökərək geri alıb. Əliyev şəhidlərin qisasının döyüş meydanında alındığını və Qarabağla Şərqi Zəngəzurun dirçəldilməsinin onların xatirəsinə ən böyük ehtiram olduğunu vurğulayıb.
Əsas mənbə: APA
