Dreamlandda şəhid övladları üçün idman və musiqi proqramı keçirildi

Şrift
🔊 Xəbəri dinlə — Babək
Dreamlandda şəhid övladları üçün idman və musiqi proqramı keçirildi

“Mənim Atam Qəhrəmandır” layihəsinin növbəti görüşü 2021-ci ilin avqustunda Dreamland Golf Clubda keçirilib. Müdafiə Nazirliyi, Gənclər və İdman Nazirliyi və “Fire Land Production”ın təşkil etdiyi tədbirdə şəhid övladları və onların ailə üzvləri iştirak ediblər.

Uşaqlar üçün əyləncə və yoqa məşqləri təşkil olunub. Xalq artisti Röya Ayxan musiqi proqramı ilə çıxış edib. Şəhid ailələrinin fotolarından hazırlanan video nümayiş etdirilib, uşaqlara xarıbülbül nişanları verilib. Görüş sülh rəmzi olan ağ göyərçinlərin uçurulması ilə tamamlanıb.

Mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗