“Mənim Atam Qəhrəmandır” layihəsinin 2021-ci il avqustun sonunda keçirilən görüşü Türkiyənin Zəfər bayramına və Azərbaycan–Türkiyə qardaşlığına həsr olunub. Tədbir Müdafiə və Daxili İşlər nazirliklərinin dəstəyi, “Fire Land Production”ın təşkilatçılığı ilə baş tutub.
Təlim və Tədris Mərkəzindən başlayan proqram şəhər gəzintisi və Zuğulbadakı görüşlə davam edib. Şəhid anaları, xanımları və övladlarının iştirak etdiyi mərasimdə qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxışlarda iki ölkənin dostluq və qardaşlıq əlaqələrindən danışılıb.
Mənbə: Müdafiə Nazirliyi
