2021-ci ilin oktyabrında “Mənim Atam Qəhrəmandır” və “Mənim Oğlum Qəhrəmandır” layihələri çərçivəsində anım mərasimi təşkil olunub. Müdafiə Nazirliyinin dəstəyi ilə “Fire Land Production”ın keçirdiyi tədbir İkinci Fəxri xiyabanda başlayıb.
Şəhid anaları və övladları qəhrəmanların məzarlarını ziyarət edib, dualar oxunub. Proqram Bibiheybət məscidində ziyarət və ehsan mərasimi ilə davam edib. Rəsmi hissədə şəhid ailələri, dövlət qurumlarının nümayəndələri və incəsənət xadimləri iştirak ediblər. Cəlal Qurbanov layihənin növbəti görüşlərinin bölgələrdə keçirilməsini nəzərdə tutduqlarını bildirib.
Mənbə: Müdafiə Nazirliyi
