26 iyun 2022-ci ildə Silahlı Qüvvələr Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında “Mənim Atam Qəhrəmandır” adlı konsert keçirilib. Proqramda şəhid ailələri və övladları iştirak ediblər.
Açılışını Murad Dadaşovun etdiyi konsertin aparıcısı Lalə Azərtaş olub. Cəlal Qurbanov, İlqar Muradov, Tünzalə Ağayeva, İlhamə Qasımova və digər tanınmış simalar tədbirə qatılıblar. Görüş şəhid ailələrini bayram münasibətilə bir araya gətirən layihə proqramlarından biri olub.
Mənbə: Oxu.az
