26 dekabr 2023-cü ildə Quba, Qusar və Xaçmaz rayonlarından olan şəhid ailələri Şahdağ Turizm Mərkəzində qarşılanıb. Mərkəzin təşkilatçılığı və “Fire Land Production”ın dəstəyi ilə sosial proqram keçirilib.
Ailə üzvləri komplekslə tanış olub, kanat və əyləncə xidmətlərindən istifadə ediblər. Təlimçilər uşaqlara xizək sürmə qaydalarını öyrədiblər. Musiqili proqram da təşkil olunub. Görüş Vətən müharibəsi şəhidlərinin övladlarına qayğı göstərmək və ailələrə birlikdə xoş vaxt keçirmək imkanı yaratmaq məqsədi daşıyıb.
Mənbə: Şahdağ Turizm Mərkəzi
