“Könül süfrəsi” — şəhid anaları Ramazan bayramında bir araya gəldi

Şrift
🔊 Xəbəri dinlə — Babək
“Könül süfrəsi” — şəhid anaları Ramazan bayramında bir araya gəldi

2024-cü ilin aprelində “Mənim Atam Qəhrəmandır” və “Mənim Oğlum Qəhrəmandır” layihələri çərçivəsində şəhid anaları üçün Ramazan bayramı görüşü keçirilib. “Fireland Group”un təşkil etdiyi “Könül süfrəsi”nə müxtəlif bölgələrdən şəhid anaları dəvət olunublar.

Tədbirdə Cəlal Qurbanov, Səmayə Həşimova, Ramiz Rövşən və digər qonaqlar şəhidlərin xatirəsindən, ailələrinə diqqətin əhəmiyyətindən danışıblar. İncəsənət xadimləri musiqili proqram təqdim ediblər. Görüşdə əvvəllər layihənin tədbirlərində iştirak etməyən şəhid anaları da bir araya gəliblər.

Mənbə: Teleqraf

Vətənim Media Shorts

YouTube-da aç ↗