2024-cü ilin avqustunda “Mənim Atam Qəhrəmandır” layihəsi şəhid övladlarını və ailə üzvlərini Şamaxıda bir araya gətirib. “Fireland Group”un təşkil etdiyi iki günlük proqram Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin, Şamaxı Rayon İcra Hakimiyyətinin və tərəfdaşların dəstəyi ilə keçirilib.
Ailələr üçün oyunlar, hovuz əyləncəsi və öyrədici məşğələlər təşkil olunub. 26–27 avqusta təsadüf edən doğum günləri qeyd edilib, uşaqlara hədiyyələr təqdim olunub. Cəlal Qurbanov şəhid ailələrinə göstərilən davamlı qayğının və onların sevincini bölüşməyin əhəmiyyətindən danışıb.
Mənbə: Publika.az
