14 mart 2025-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə şəhid anaları üçün növbəti iftar süfrəsi təşkil olunub. Leyla Əliyeva və Arzu Əliyeva mərasimdə iştirak ediblər.
“Fire Land Group”un “Mənim Oğlum Qəhrəmandır” layihəsi çərçivəsində keçirilən tədbirə müxtəlif bölgələrdən şəhid ailələri və müharibə iştirakçıları qatılıblar. Şəhidlərin xatirəsi yad olunub, ruhlarına dualar edilib. Mədəniyyət Nazirliyinin dəstək verdiyi görüşdə tanınmış incəsənət xadimləri çıxış ediblər.
Mənbə: Leyla Əliyevanın rəsmi saytı
