2025-ci ilin mayında Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində şəhid övladları “Səbail” Peşəkar Futbol Klubunda qarşılanıb. Tədbir Cəlal Qurbanovun “Mənim Atam Qəhrəmandır” layihəsi çərçivəsində klubun və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iştirakı ilə keçirilib.
Rəsmi görüşdən sonra uşaqlar komandanın məşqini izləyib, futbolçularla birlikdə oynayıblar. İdmançılar onların suallarını cavablandırıblar. Birgə nahardan sonra şəhid övladlarına hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkilib.
Mənbə: APA
