Pensiya kapitallarındakı müvəqqəti dəyişikliklərin səbəbi açıqlanıb

Şrift
🔊 Xəbəri dinlə — Babək
Pensiya kapitallarındakı müvəqqəti dəyişikliklərin səbəbi açıqlanıb

Vətənim Media xəbər verir ki, vətəndaşların pensiya kapitallarında görünən dəyişikliklər sosial sığorta hesabatlarının elektron sistemdə emalı ilə bağlıdır. Dövlət Sosial Müdafiə Fondunun bildirdiyinə görə, işəgötürənlərin cari ilin III rübü üzrə təqdim etdiyi hesabatlar hazırda sistemə işlənir və bu müddətdə şəxsi kabinetlərdə bəzi məlumatlar müvəqqəti fərqli görünə bilər.

Fond emal prosesinin oktyabrın 11-i saat 17:00-dək yekunlaşmasının gözlənildiyini açıqlayıb. Proses başa çatdıqdan sonra pensiya kapitalları dəqiqləşdirilmiş hesabatlar əsasında yenilənəcək. DSMF dəyişikliklərin müvəqqəti olduğunu və narahatlığa əsas olmadığını qeyd edib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗