Zəfərin dördüncü ildönümü münasibətilə “Mənim Oğlum Qəhrəmandır!” layihəsi çərçivəsində şəhid ataları üçün tədbir keçirilib. Bakı Sağlamlıq Mərkəzinin 6 noyabr 2024-cü il məlumatına görə, Fire Land Group-un təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutan görüşdə müxtəlif bölgələrdən 100-dən artıq şəhid atası iştirak edib.
Mərkəzin icraçı direktoru Asiman Həsənov və terapiya şöbəsinin rəhbəri Zakir Quliyev də tədbirə qatılıblar. Görüş Vətənə qəhrəman övladlar yetişdirən atalara ehtirama və şəhid ailələrinin birliyinə həsr olunub.
Mənbə: Bakı Sağlamlıq Mərkəzi
