2021-ci ilin avqustunda “Mənim Atam Qəhrəmandır” layihəsinin növbəti tədbiri Dağüstü parkda təşkil edilib. Müdafiə və Daxili İşlər nazirliklərinin dəstəyi, “Fire Land Production”ın təşkilatçılığı ilə keçirilən görüşdə şəhid övladları və ailələri iştirak ediblər.
Şəhər gəzintisi ilə başlayan proqramda qəhrəmanların xatirəsi yad olunub. Sevda Ələkbərzadə şəhid ailələri ilə görüşüb və musiqi təqdim edib. “Əbədi məşəl” abidə-kompleksində uşaqlar “Zəfər marşı”nı ifa edib, səmaya ağ göyərçinlər buraxıblar. İştirakçılara xarıbülbül nişanları hədiyyə olunub.
Mənbə: Trend
