22 sentyabr 2021-ci ildə “Mənim Atam Qəhrəmandır” və “Mənim Oğlum Qəhrəmandır” layihələrinin iştirakçıları Şuşaya səfər ediblər. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin və Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilən proqramı “Fire Land Production” təşkil edib.
Şəhid anaları və övladları İsa bulağında qarşılanıb, Yuxarı Gövhərağa məscidini ziyarət ediblər. Cıdır düzündə olimpiya çempionları uşaqlarla güləş məşqi keçirib. Alim Qasımov və Zülfiyyə Xanbabayeva musiqi proqramında iştirak ediblər. Rəsmi hissədə Cəlal Qurbanov şəhidlərin xatirəsini yaşatmağın və ailələrinə qayğının əhəmiyyətindən danışıb.
Mənbə: Müdafiə Nazirliyi
