Şahdağda şəhid övladları üçün iki günlük qış proqramı

Şrift
🔊 Xəbəri dinlə — Babək
Şahdağda şəhid övladları üçün iki günlük qış proqramı

2022-ci ilin fevralında “Mənim Atam Qəhrəmandır” layihəsinin iştirakçıları Şahdağ Turizm Mərkəzində qarşılanıb. Müdafiə Nazirliyinin dəstəyi və “Fire Land Production”ın təşkilatçılığı ilə Bakıdan və Qusardan olan şəhid övladları üçün iki günlük proqram keçirilib.

Uşaqlar xizək sürüb, əyləncə attraksionlarından istifadə ediblər. Mərasimdə şəhidlərin xatirəsi yad olunub. Xudayar Yusifzadənin anası Radə xanım və şəhid övladlarının iştirakı ilə hazırlanan, “Xudayar təsnifi”nin səsləndiyi video nümayiş etdirilib. Musiqili proqramdan sonra uşaqlara hədiyyələr təqdim olunub.

Mənbə: Azərbaycan qəzeti / AZƏRTAC

Vətənim Media Shorts

YouTube-da aç ↗