2022-ci ilin mayında Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində şəhid ailələri Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda görüşüblər. Tədbir Dövlət Turizm Agentliyinin dəstəyi, Müdafiə Nazirliyi və “Fire Land Production”ın təşkilatçılığı ilə “Mənim Atam Qəhrəmandır” və “Mənim Oğlum Qəhrəmandır” layihələri çərçivəsində keçirilib.
Fuad Nağıyev iştirakçıları qarşılayıb. Proqramda rəqs və musiqi nömrələri, “Atadan məktub” videosu təqdim olunub. Şəhid övladları incəsənət xadimləri və idmançılarla görüşüblər. Cəlal Qurbanov uşaqların diqqət və qayğı ilə əhatə olunmasının vacibliyini vurğulayıb.
Mənbə: Modern.az
