Gənclər Günü münasibətilə şəhid övladları Şahdağda qarşılandı

Şrift
🔊 Xəbəri dinlə — Babək
Gənclər Günü münasibətilə şəhid övladları Şahdağda qarşılandı

1–2 fevral 2023-cü ildə Gənclər Günü münasibətilə Şahdağ Turizm Mərkəzində şəhid övladları üçün tədbir keçirilib. “Fire Land Production”ın təşkilatçılığı və mərkəzin dəstəyi ilə reallaşan proqram “Mənim Atam Qəhrəmandır” və “Mənim Oğlum Qəhrəmandır” layihələrinə daxil olub.

Bakıdan və Qusardan gələn uşaqlar və yaxınları üçün ekskursiya, xizək məşqləri, kanat gəzintisi, oyunlar və konsert təşkil edilib. Görüşdə Polad Həşimovun anası Səmayə Həşimova da iştirak edib. İki günlük proqram ailələrin birlikdə vaxt keçirməsinə və uşaqların asudə vaxtının səmərəli təşkilinə həsr olunub.

Mənbə: Frame.az

Vətənim Media Shorts

YouTube-da aç ↗