Şahdağda şəhid ailələri üçün üç günlük istirahət və yaradıcılıq proqramı

Şrift
🔊 Xəbəri dinlə — Babək
Şahdağda şəhid ailələri üçün üç günlük istirahət və yaradıcılıq proqramı

2024-cü ilin yanvarında Şahdağ Turizm Mərkəzində Bakı və Abşerondan olan şəhid ailələri üçün üç günlük proqram təşkil olunub. Tədbir “Mənim Atam Qəhrəmandır, Mənim Oğlum Qəhrəmandır” layihəsi çərçivəsində keçirilib.

Ailə üzvləri ekskursiyaya, kanat gəzintilərinə və musiqili proqramlara qatılıblar. Uşaqlar üçün xizək məşqləri, interaktiv oyunlar, taxta fiqurların rənglənməsi və kulinariya məşğələləri təşkil edilib. Dövlət Turizm Agentliyinin məlumatına görə, proqramda 200-ə yaxın şəhid ailəsi üzvü iştirak edib.

Mənbə: Dövlət Turizm Agentliyi

Vətənim Media Shorts

YouTube-da aç ↗