2024-cü ilin martında “Mənim Atam Qəhrəmandır” layihəsi şəhid övladları üçün Şahdağda Novruz proqramı təşkil edib. “Fireland Group”un keçirdiyi üç günlük görüş dövlət qurumlarının və Şahdağ Turizm Mərkəzinin dəstəyi ilə reallaşıb.
Uşaqlar bayram tonqalı ətrafında bir araya gəlib, istirahət və əyləncə proqramlarına qatılıblar. “Şuşam” xorunun ifasında Dövlət Himni və layihənin mahnısı səslənib. Cəlal Qurbanov şəhid övladlarını Novruz münasibətilə təbrik edib, onların qayğı ilə əhatə olunmasını vətəndaşlıq borcu kimi dəyərləndirib.
Mənbə: BakiTV.az
