4 mart 2025-ci ildə “Mənim Oğlum Qəhrəmandır” layihəsi çərçivəsində şəhid anaları üçün iftar görüşü keçirilib. “Fire Land Group”un tədbiri Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunub. Arzu Əliyeva mərasimdə iştirak edib.
Azərbaycanın müxtəlif rayonlarından şəhid valideynləri və müharibə iştirakçıları məclisə dəvət olunublar. Şəhidlərin ruhuna dualar oxunub. Beynəlxalq Qadınlar Günü ərəfəsində şəhid analarına hədiyyələr verilib, incəsənət xadimləri musiqi proqramı ilə çıxış ediblər.
Mənbə: APA
