Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Səudiyyə Ərəbistanı Yəməndəki husilərin hücumları fonunda Ər-Riyadda keçirilməsi planlaşdırılan “Gələcək İnvestisiya Təşəbbüsü” forumunu təxirə sala bilər.
“Financial Times”ın mənbələrə istinadən yaydığı məlumata görə, gələn həftə keçirilməsi nəzərdə tutulan tədbirin əyani formatda baş tutması gözlənilmir. Təşkilatçılar forumun planlaşdırılmış tarixlərdə videokonfransla keçirilməsini və ya başqa vaxta təxirə salınmasını müzakirə edirlər.
Məsələ husilərin son günlər Səudiyyə Ərəbistanının neft obyektlərinə, hava limanlarına və hərbi infrastruktura hücum etdikləri barədə açıqlamalarından sonra gündəmə gəlib. Forumun formatı və tarixi ilə bağlı yekun qərar verilməyib.
Əsas mənbə: APA
