Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il keçir

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il keçir

Vətənim Media xəbər verir ki, Azərbaycan Ordusu 2020-ci il oktyabrın 20-də Zəngilan şəhərini işğaldan azad edib. Əks-hücum əməliyyatı həmin il sentyabrın 27-də başlanmışdı.

Prezident İlham Əliyev xalqa müraciətində şəhərlə yanaşı Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan və Muğanlı kəndlərinin azad olunduğunu elan edib. Zəngilan rayonunun azad edilməsi ilə Azərbaycan Ordusu Ermənistanla sərhədə çıxıb.

Zəngilan rayonu 1993-cü il oktyabrın 29-da işğal edilmişdi. Prezidentin sərəncamı ilə 20 oktyabr Zəngilan şəhəri günü kimi təsis olunub.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗