Vətənim Media xəbər verir ki, APA-nın Moskva bürosunun məlumatına görə, kütləvi iğtişaşlara və vətəndaşlara qarşı zorakılığa çağırışlara görə cəzaların artırılmasını nəzərdə tutan qanun layihəsi Rusiya Dövlət Dumasına təqdim edilib. Bu barədə Dumanın Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri Vasili Piskarev bildirib.
Piskarevin açıqladığı təklifə əsasən, belə çağırışlara görə dörd ilədək həbs cəzası nəzərdə tutulur. Çağırışlar internet və ya kütləvi informasiya vasitələri ilə yayıldıqda isə cəza altı ilədək həbs ola bilər.
Əsas mənbə: APA
