Gəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyində yaradılıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Gəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyində yaradılıb

Vətənim Media xəbər verir ki, Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradılıb.

Nazirlər Kabineti kompleksin fəaliyyəti üçün zəruri xərclərin Mədəniyyət Nazirliyinə dövlət büdcəsindən ayrılan vəsait hesabına maliyyələşdirilməsini təmin etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir. Sərəncam imzalandığı gündən qüvvəyə minib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗