Müşfiqabadda yolun bir hissəsi təmirə görə bağlanacaq

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Müşfiqabadda yolun bir hissəsi təmirə görə bağlanacaq

Vətənim Media xəbər verir ki, oktyabrın 21-də saat 08:00-dan etibarən Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yolun bir hissəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin APA-ya verdiyi məlumata görə, təmir Yeni Həyat küçəsinin Şirvan küçəsi ilə kəsişməsindən 10-cu Müşfiqabad küçəsi ilə kəsişməsinədək aparılacaq. Sürücülərə alternativ yollardan istifadə etmək və hərəkət zamanı diqqətli olmaq tövsiyə olunur.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗