Zelenski: Putinin beynəlxalq təcriddən çıxması prosesi artıq başlayıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Zelenski: Putinin beynəlxalq təcriddən çıxması prosesi artıq başlayıb

Vətənim Media xəbər verir ki, APA-nın “Corriere della Sera” qəzetinə istinadən yaydığı məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında keçirilməsi gözlənilən görüşdən danışıb.

Zelenski bildirib ki, görüşdə Ukraynanın iştirak edib-etməməsindən daha vacib məsələ Putinin beynəlxalq təcriddən çıxmasıdır. Onun sözlərinə görə, bu proses artıq başlayıb və ilk addım deyil. Zelenski görüşdə hansı məsələlərin müzakirə olunacağını bilmədiyini, Ukrayna ilə bağlı mövzular gündəmə gələrsə, Kiyevlə məsləhətləşmələr aparılacağına inandığını deyib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗