Vətənim Media xəbər verir ki, Bakıda 13 küçə və prospektdə nəqliyyat sıxlığı qeydə alınıb. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Sıxlıq Aeroport şosesində “Koroğlu” stansiyası, Bakı-Sumqayıt şosesində “20 Yanvar” stansiyası, Binəqədi şosesində “Azadlıq prospekti” stansiyası istiqamətlərində, eləcə də 1-ci Göl kənarı yolu və Alı Mustafayev küçəsində müşahidə olunur. Ziya Bünyadov, 8 Noyabr, Yusif Səfərov, Üzeyir Hacıbəyli, Tbilisi və Heydər Əliyev prospektləri, həmçinin 28 May küçəsi də siyahıdadır.
Sıxlığın olduğu istiqamətlərə mərkəzə doğru hərəkət, eləcə də bəzi küçə və prospektlərin kəsişmələrinə qədər olan hissələr daxildir.
Əsas mənbə: APA
