Vətənim Media xəbər verir ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) 2026-cı il sentyabrın 30-na Azərbaycanda ümumi dəyəri 450,9 milyon avro olan 47 layihənin maliyyələşdirilməsi barədə saziş imzalayıb. APA-nın Banka istinadən yaydığı məlumata görə, 42 əməliyyat üzrə faktiki maliyyələşdirmə 711,8 milyon avro təşkil edib.
Bankın Direktorlar Şurası ümumi dəyəri 453,8 milyon avro olan layihələri təsdiqləyib. İmzalanmış layihələr portfelində maliyyə sektorunun payı 50,28 faiz, energetikanın payı isə 35,23 faizdir.
Azərbaycandakı iri layihələr arasında SOCAR-a 75 milyon ABŞ dolları, “Bank Respublika”ya 25 milyon manat, “Unibank”a 7 milyon ABŞ dolları və “Azər-Türk Bank”a 5 milyon ABŞ dolları məbləğində maliyyələşdirmə yer alır.
Əsas mənbə: APA
