Vətənim Media xəbər verir ki, oktyabrın 23-dən 25-dək Dənizkənarı Milli Parkda keçiriləcək Zeytun Festivalında ziyarətçilər müxtəlif zeytun məhsulları ilə tanış ola, konsert proqramını izləyə biləcəklər.
Zeytun mövsümünün başlanğıcına təsadüf edən festivalın məqsədi Azərbaycanın zeytunçuluq ənənələrini təbliğ etmək, yerli istehsalçıları tanıtmaq və dəstəkləmək, həmçinin bu sahədə milli brendin formalaşmasına töhfə verməkdir. Tədbir Dövlət Turizm Agentliyi və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi, “Absheron Olive Gardens” və “Olivea”nın sponsorluğu ilə keçiriləcək.
Əsas mənbə: APA
