Vətənim Media xəbər verir ki, Azərbaycan–Avropa İttifaqı Biznes Forumunun komanda rəhbəri Aytən Axundova Azərbaycan üzrə Aİ Biznes Mühiti Hesabatı 2025/2026-nın təqdimatında sorğu nəticələrini açıqlayıb. İştirakçı şirkətlərin 19%-i Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına, eləcə də Naxçıvana investisiya yatırdığını bildirib.
Axundovanın sözlərinə görə, ötənilki sorğuda Qarabağ və Şərqi Zəngəzura sərmayə qoyanların payı 8% olub. Respondentlərin 30%-i isə əlverişli imkanlar yaranacağı təqdirdə bu ərazilərə investisiya yatırmağa hazır olduğunu deyib. Ən cəlbedici sahələr arasında nəqliyyat infrastrukturu, alternativ enerji və yaşıl layihələr, tikinti, konsaltinq, kənd təsərrüfatı və informasiya-kommunikasiya texnologiyaları göstərilib.
Axundova qeyd edib ki, builki sorğuya Naxçıvanın da daxil edilməsi nəticələri ötən illə müqayisə edərkən nəzərə alınmalıdır.
Əsas mənbə: APA
