Ordubadın yüksək dağlıq ərazilərində qar yağıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Ordubadın yüksək dağlıq ərazilərində qar yağıb

Vətənim Media xəbər verir ki, oktyabrın 21-i saat 11:00-a olan məlumata görə, gecə və səhər Ordubadın yüksək dağlıq ərazilərində qar yağıb. Ölkənin bəzi dağlıq və dağətəyi rayonlarında qısamüddətli yağış düşüb, əksər ərazilərdə isə hava əsasən yağmursuz keçib.

Yağıntının miqdarı Ordubad və Lerikdə 4, Şahbuz, Gədəbəy və Qusarda 2, Göygöl, Şəmkir, Daşkəsən, Şəki, Mingəçevir, Yardımlı və Astarada 1 millimetr olub.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗