Vətənim Media xəbər verir ki, Bakıda xalçayuma xidməti göstərən şirkətlərdən birinə xalça verən vətəndaşlar onların geri qaytarılmadığı və əvvəlcədən ödədikləri pulun mənimsənildiyi barədə polisə müraciət ediblər. APA-nın məlumatına görə, Xəzər rayonunda keçirilən tədbirlər zamanı Dəyanət Əhədov saxlanılıb.
Polis araşdırması zamanı onun xalçaları və xidmət haqqını qəbul etdiyi, lakin sifarişləri yerinə yetirmədiyi müəyyən edilib. Xalçaların bir qismi Binə qəsəbəsindəki anbarlarda aşkarlanıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.
Əsas mənbə: APA
