Vətənim Media xəbər verir ki, UEFA Konfrans Liqasının liqa mərhələsinin ikinci turunda “Trabzonspor” Şotlandiyanın “Harts” klubuna 2:0 hesabı ilə qalib gəlib.
Turun digər oyunlarında “Ayaks” “Atalanta”nı 2:0, “Monako” isə “Frayburq”u 3:0 hesabı ilə məğlub edib. “Braqa” “Gent”i 2:0, “Tvente” isə “Linkoln”u 4:1 hesabı ilə üstələyib. “Orhus”la “Eqnatiya” 1:1, “Yablonets”lə “Brayton” isə qolsuz heç-heçə edib.
Əsas mənbə: APA
