Vətənim Media xəbər verir ki, oktyabrın 14-dən 18-dək Kişineuda keçirilən IV Beynəlxalq “Quadrat” Nəsr Festivalında Azərbaycanı yazıçı Ulucay Akif təmsil edib. Festivalın xüsusi buraxılışında onun rumın dilinə çevrilmiş “Nərgiz” hekayəsi və bioqrafiyası dərc olunub. Şair və tərcüməçi Səlim Babullaoğlu isə tədbirə fəxri qonaq qismində qatılıb.
Festival proqramında çağdaş nəsr və süni intellektin yaradıcılığa təsiri mövzularında müzakirələr, həmçinin yazıçılarla tələbə və şagirdlərin görüşləri keçirilib. Babullaoğlunun “Rumın yazıları” kitabının təqdimatından sonra ona Moldova Yazılı Mədəniyyət Fondunun “Ədəbi əlaqələrə töhfələr” xüsusi mükafatı təqdim olunub.
Əsas mənbə: edebiyyatqazeti.az
