“Naxçıvan Aqroservis” ASC-nin sədri 4 aylıq həbs edildi

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
“Naxçıvan Aqroservis” ASC-nin sədri 4 aylıq həbs edildi

Vətənim Media xəbər verir ki, “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Cavid Ağaməliyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. APA-nın məlumatına görə, qərarı Naxçıvan Şəhər Məhkəməsi verib.

Ağaməliyev dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir. O, prokurorluq tərəfindən şübhəli şəxs qismində saxlanılıb və ona Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə ittiham irəli sürülüb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗