Avropada qazın qiyməti 1 050 dolları keçərək üçillik həddi yenilədi

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Avropada qazın qiyməti 1 050 dolları keçərək üçillik həddi yenilədi

Vətənim Media xəbər verir ki, Avropada noyabr ayı üzrə qaz fyuçerslərinin qiyməti 1 000 kubmetr üçün 1 050 dolları ötüb. Bu hədd sonuncu dəfə 2022-ci ilin dekabrında qeydə alınmışdı.

Londonun ICE birjasının məlumatlarına əsasən, Niderlanddakı TTF qovşağında noyabr fyuçersləri təxminən 1 055 dollar və ya 1 meqavat-saat üçün 91,07 avro səviyyəsində olub. TTF Avropada qaz fyuçersləri üçün əsas qiymət göstəricilərindən sayılır.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗