Brüsseldə Azərbaycan–Aİ sazişi və Tərəfdaşlıq Prioritetləri müzakirə olunub

Şrift
Brüsseldə Azərbaycan–Aİ sazişi və Tərəfdaşlıq Prioritetləri müzakirə olunub

Vətənim Media xəbər verir ki, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Belçikaya işgüzar səfəri çərçivəsində Avropa İttifaqının yüksək vəzifəli rəsmiləri ilə görüşüb. APA-nın məlumatına görə, danışıqlarda Azərbaycan–Aİ münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması məsələləri müzakirə edilib.

Görüşlərdə enerji təhlükəsizliyi, regional nəqliyyat əlaqələri və Naxçıvan dəmir yolu xəttinin bərpası layihəsi üzrə Aİ-nin hazırladığı texniki-iqtisadi əsaslandırma barədə fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycan və Ermənistan arasında sülh və normallaşma prosesinə, mina və partlamamış hərbi sursatların təmizlənməsi üçün nəzərdə tutulan Aİ layihələrinə, həmçinin regiondakı təhlükəsizlik çağırışlarına da toxunublar.

Danışıqlarda ikitərəfli münasibətlərin strateji əhəmiyyəti vurğulanıb. Tərəflər 2026-cı ildə əməkdaşlığın yüksək dinamika ilə davam etməsini məmnunluqla qeyd edib və gündəlikdəki məsələlər üzrə praktiki əməkdaşlığın gücləndirilməsinin vacibliyini bildiriblər.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗