İri Şəhərlərin Su Təchizatı QSC-yə icraçı direktor təyin olunub

Şrift
İri Şəhərlərin Su Təchizatı QSC-yə icraçı direktor təyin olunub

Vətənim Media xəbər verir ki, İri Şəhərlərin Su Təchizatı Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Müşahidə Şurası Arif Fərman oğlu Mərdanovu qurumun icraçı direktoru təyin edib.

QSC-nin Mətbuat Xidmətinin APA-ya verdiyi məlumata görə, şuranın ilk iclasında cəmiyyətin publik hüquqi şəxsdən qapalı səhmdar cəmiyyətinə çevrilməsi və bu dəyişikliyin idarəetməyə təsiri müzakirə olunub. Mərdanov daha əvvəl “Azərsu”da rəhbər vəzifədə və SOCAR-da idarə rəisi işləyib. O, Azərbaycan Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗