Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkənin 12 vilayətinə endirdiyi zərbələr barədə Telegram kanalında yazıb. Onun bildirdiyinə görə, hücumlarda 21 ballistik raketdən istifadə olunub, 2 nəfər ölüb, 34 nəfər, o cümlədən 5 uşaq yaralanıb.
Zelenski Kiyevdə yaşayış binalarının, enerji obyektlərinin, vağzal və metro infrastrukturunun, ticarət mərkəzlərinin, müəssisələrin və monastırın zərər gördüyünü qeyd edib. Fövqəladə hallar xidmətlərinin əməkdaşlarının zərbələrin endirildiyi ərazilərdə işlərini davam etdirdiyini bildirib.
Ukrayna Prezidenti hücumun Rusiya ilə növbəti danışıqlardan dərhal sonra baş verdiyini deyib və bunu Moskvanın mövqeyində real dəyişiklik olmadığının göstəricisi kimi qiymətləndirib.
Əsas mənbə: APA
