Vətənim Media xəbər verir ki, “Atəşgah” Sığorta Şirkətinin 2026-cı ilin yanvar-sentyabr aylarında gəlirləri 63,6 milyon, xərcləri isə 62,3 milyon manat olub. APA-nın şirkətə istinadən yaydığı məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə gəlirlər 18 faiz, xərclər isə 18,4 faiz artıb. Şirkət dövrü 1 milyon 89,4 min manat xalis mənfəətlə başa vurub.
Sentyabrın sonuna şirkətin aktivləri 80,7 milyon manata çatıb. Bu, ilin əvvəlindən 14,8 milyon manat və ya 22,5 faiz çoxdur. Öhdəliklər 62,5 milyon manat, kapital isə 18,2 milyon manat təşkil edib.
Əsas mənbə: APA
