Vətənim Media xəbər verir ki, “The Wall Street Journal”ın mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ Yaxın Şərqdəki hərbi dəniz qüvvələrinin sayını artırmağa hazırlaşır. Hazırda bölgədə ABŞ Hərbi Dəniz Qüvvələrinin iki aviadaşıyıcı zərbə qrupu və onların tərkibində təxminən 20 döyüş gəmisi var.
Nəşrin yazdığına görə, “Theodore Roosevelt” aviadaşıyıcısı və onu müşayiət edən gəmilər bölgəyə çatdıqdan sonra, mövcud qüvvələr də orada qalarsa, ABŞ hərbi gəmilərinin sayı 24-ü ötə bilər. Mənbələr ABŞ hərbçilərinin İrana qarşı yeni zərbələr endirmək planları üzərində işlədiyini də bildiriblər.
“The Wall Street Journal”ın məlumatına görə, İsrail oktyabrın 19-da Pentaqon rəhbərinə mümkün hücumlar üçün bir neçə hədəf təqdim edib. Ağ Evin mətbuat katibinin müavini Anna Kelli isə ABŞ-nin noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərədək İrana hücum etməyi planlaşdırmadığını bildirib.
Əsas mənbə: APA
